Azərbaycanda 300 min nəfər müavinət alır

Azərbaycanda 300 min nəfər müavinət alır
# 08 may 2010 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda Azərbaycanda 300 min nəfər insan müavinət alır. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

«Hazırda müavinət alanların sayı 300 min təşkil edir, ünvanlı sosial yardımı isə 160 min ailədən olan 700 min nəfər insan alır», - deyə S.Müslümov bildirib.

DSMF-nin sədri onu da qeyd edib ki, 2010-cu ildə dövlət büdcəsindən sosial sahəyə 2,5 mlrd. manat məbləğində vəsaitin (müavinətlərlə bağlı) ayrılması nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR