Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaq

Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaq
# 10 may 2010 10:58 (UTC +04:00)
Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 4-9 dərəcə, gündüz 12-16 dərəcə isti olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.

Yuxarı Qarabağ, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy zonalarında gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman qeydə alınacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 12-16 dərəcə isti olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonalarında gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 11-15 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz zonalarında gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə, dağlarda gecə 5-8 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı zonasında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 11-15 dərəcə, gündüz 19-24 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, mayın 11-də gün ərzində atmosfer təzyiqinin xeyli yüksəlməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR