Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər: “Kürün səviyyəsi yenidən qalxacaq”

Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər: “Kürün səviyyəsi yenidən qalxacaq”
# 11 may 2010 13:08 (UTC +04:00)
İkinci ongünlüyün birinci yarısında ölkə ərazisində şimşək çaxacağı, əsasən gecə və axşam saatlarında yağış yağacağı gözlənilir. Bəzi rayonlarda yağıntıların intensiv leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, mayın 11-də qərb küləyi 10-15 m/saniyə olacaq, arabir 18-20 m/saniyəyədək güclənəcək. Çaylarda yüksək sululuğun davam edəcəyi, daşqın və sel keçəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 20-25 dərədə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.

U. Tağıyeva deyib ki, gözlənilən yağıntılarla əlaqədar Kürün səviyyəsinin yenidən artacağı ehtimal olunur: “Hələlik bu günə olan məlumata görə, Kürün səviyyəsi gün ərzində Qıraqkəsəməndə 2 sm, Yevlaxda 28 sm, Zərdabda 4 sm, Surrada 11 sm, Şirvanda 2 sm, Salyanda 7 sm, Bankədə 7 sm, Arazın səviyyəsi Novruzluda 5 sm, Qanıx-Əyriçayda 18 sm azalıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR