Azərbaycan ETSN: Kürün səviyyəsi artmaqda davam edəcək

Azərbaycan ETSN: Kürün səviyyəsi artmaqda davam edəcək
# 17 may 2010 13:35 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, mayın 15-də axşam saatlarında və mayın 16-na keçən gecə yağan intensiv leysan yağışı nəticəsində əksər çaylarda, o cümlədən, Kür, Araz və Qanıx çaylarının yuxarı axınında sululuğun artımı qeydə alınıb. Hazırda ən yüksək sululuq Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 120-344, Balakən-Şəki bölgəsi çaylarında 90-210, Kiçik Qafqaz çaylarında 132-203 faizini təşkil edir. Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq normadan aşağıdır (ongünlük normanın 120-145 faizi qədər) .

Hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 760 (ongünlük normanın 106 faizi), Qanıx çayından Mingəçevir su anbarına axım isə 223 m3/san (ongünlük normanın 110 faizi) təşkil edir.

Mayın 15-də axşam saatlarında və mayın 16-na keçən gecə yağan intensiv leysan nəticəsində Kür, Araz, Qanıx çaylarında və onlara tökülən qollarda sululuğun artması nəticəsində mayın 17-də Kür çayının Zərdab məntəqəsində suyun səviyyəsi 10, Surrada 11, Şirvan və Salyanda 15, Bankədə 6, Araz çayının səviyyəsi isə Novruzlu məntəqəsində 8 sm artıb.

Mayın 15-də axşam və mayın 16-na keçən gecə yağan intensiv leysan yağışı nəticəsində ölkə ərazisində, o cümlədən qonşu ölkələrdə Kür, Araz və Qanıx çaylarının hövzələrində sululuğun artımı qeydə alınıb ki, bununla əlaqədar yaxın günlərdə Kür çayının aşağı axınında səviyyənin artımının davam edəcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR