Masallıda “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib

Masallıda “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda tədbir keçirilib
# 17 may 2010 18:17 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Mayın 17-də Masallıda “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda seminar- treninq keçirilib. Masallı Rayon İcra Hakimiyyəti (RİH) aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyevin APA-nın Cənub bürosuna verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Masallı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayondakı dini icmaların üzvləri, bələdiyyələrin sədrləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər

Seminarı giriş sözü ilə açan Masallı RİH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Nəsir Muxtarlı “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliklərin əhəmiyyətindən və dövlət-din münasibətləri sahəsi üzrə rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. DQİDK-nin məsul işçisi Ceyhun Məmmədov, DQİDK-nin Cənub bölgəsi üzrə nümayəndəsi Miryəhya Bədirov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov və digər çıxış edən natiqlər də islamın xalqımıza bəxş etdiyi mənəvi dəyərlərdən söz açaraq, dövlət və din münasibətlərində heç bir problemin yaşanmadığını dilə gətiriblər.

Diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR