Mingəçevir Su Anbarında suyun maksimal həddə çatmasına 26 sm qalıb

Mingəçevir Su Anbarında suyun maksimal həddə çatmasına 26 sm qalıb
# 18 may 2010 09:08 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, Kürün Surra məntəqəsində səviyyəsi 4 sm, Şirvanda 11 sm, Salyanda 16 sm, Bankədə 7 sm, Araz çayının Novruzlu məntəqəsində 4 sm artıb. Zərdabda isə Kürün səviyyəsi 6 sm azalıb.

A. Verdiyev deyib ki, Mingəçevir Su Anbarında suyun səviyyəsi də artmaqda davam edib. Dünəndən bu günə anbarda suyun səviyyəsi daha 6 sm qalxaraq 82,74 sm təşkil edib. Qeyd edək ki, anbarda maksimal hədd 83 m-dir. Suyun səviyyəsinin maksimal həddə çatmasına cəmi 26 sm qalıb.

Araz Su Anbarında isə səviyyə dəyişilməz qalaraq 777,77 m təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR