Azərbaycanın orta ümumtəhsil məktəblərində “son zəng” qeyd olunur

Azərbaycanın orta ümumtəhsil məktəblərində “son zəng” qeyd olunur
# 31 may 2010 07:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın orta ümumtəhsil məktəblərində “son zəng” qeyd olunur. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il ölkənin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 104037 şagird bitirir. Bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfər təşkil edir.
2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı 118581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib.

2010-2011-ci tədris ilində isə ümumtəhsil məktəblərinin I sinfinə 123844 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 95145 tələbə təhsil alır. Onlardan 88023 nəfər bakalavr, 7122 nəfər magistr pilləsində oxuyur. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 22814 nəfər tələbə təhsil alır ki, onların da 20062 nəfərini bakalavrlar, 2752 nəfərini isə magistrlər təşkil edir.
Özəl ali təhsil müəssisələrində oxuyan 21878 tələbədən 21260-ı bakalavr, 618-i isə magistrdir. Onlardan son kurslarda 6297 nəfər bakalavr, 269 nəfər magistr təhsil alır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR