Bakıda hind yeməkləri festivalı keçiriləcək

Bakıda hind yeməkləri festivalı keçiriləcək
# 31 may 2010 09:52 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İyunun 6-da Bakıda hind yeməkləri festivalı keçiriləcək. APA-nın məlumatına görə, festivalın təşkilatçıları Hindistan-Azərbaycan Assosiasiyası və Hindistanın Bakıdakı səfirliyidir.

Festival iştirakçılarına hind mətbəxi, canlı hind musiqisi, əyləncə və oyunlar, alış-veriş və s. təqdim olunacaq.

Festival iyunun 6-da saat 11.00-dən 17.00-a kimi “Avropa” mehmanxanasında təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR