Sərinləşdirici içkilərin açıq satışının qarşısının alınması üçün Bakı şəhəri Baş Polis İdarəsinə müraciət edilib

Sərinləşdirici içkilərin açıq satışının qarşısının alınması üçün Bakı şəhəri Baş Polis İdarəsinə müraciət edilib
# 07 iyun 2010 13:52 (UTC +04:00)
Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, rayon gigiyena və epidemiologiya şöbələrinin rəhbərlərinə də göstəriş verilib ki, maksimum dərəcədə hüquq-mühafizə orqanlarının köməyindən istifadə etsinlər: “Yayda əhalinin, xüsusən də uşaqların sərinləşdirici sulara tələbatı artır. Su ilə də daha çox infeksiya keçə bilər. Kiçik sexlərdə istehsal olunan limonad, kvas və digər sərinləşdirici içkilər son dərəcə çirkli şəraitdə hazırlanır. Bunun qarşısını almaq üçün araşdırmalar aparılacaq. Belə nöqsan aşkarlanan müəssisələrə sertifikatın verilməsi dayandırılacaq, sertifikat verilmiş müəssisələrdən isə sertifikatın geri alınması təmin olunacaq”.

İ. Abdullayev deyib ki, Bakıda əhali daha çox olduğu üçün sərinləşdirici içkilərin paytaxt küçələrində açıq satışı daha çox təşkil olunur. Buna görə də mərkəz araşdırmalarında Bakıya xüsusi diqqət yetirəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR