Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı təsdiqlənib

Azərbaycanda dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı təsdiqlənib
# 08 iyun 2010 11:01 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası dissertasiyaların əsas elmi nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərdə qayda yaratmaq məqsədilə elmi ictimaiyyətin rəyini və tövsiyələrini nəzərdən keçirib, hər bir jurnal və toplu müvafiq ekspert şurasında araşdırılıb, Ali Attestasiya Komissiyasının Rəyasət Heyətində müzakirə olunub. Qərara alınıb ki, nəşrlər həm elmi sahələr üzrə, həm də əlifba sırası ilə müəyyənləşdirilməlidir.

Geniş fikir mübadiləsindən sonra Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında (protokol № 10-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı” və elmi nəşrlər qarşısında qoyulan tələblər təsdiqlənib. Bu siyahıya tanınmış elmi təşkilatların və ali məktəblərin nəşr etdiyi, elmi ictimaiyyətdə yüksək nüfuza malik jurnal və toplular daxil edilib. Bu elmi jurnal və topluların formatları və nəşr prinsipləri müəyyənləşdirilib.

Dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısı ildə bir dəfə müzakirə olunacaq və elmi ictimaiyyət tərəfindən nüfuzlu hesab edilən nəşrlər bu siyahıya daxil ediləcək. Komissiya tərəfindən qoyulmuş tələblərə cavab verməyən elmi nəşrlər isə bu siyahıdan çıxarılacaq və bu barədə dövri mətbuatda məlumat veriləcək.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə etdiyi elmi nəşrlərin siyahısı ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:

http://www.aak.ab.az/jurnals/jurnals.php

http://www.science.gov.az/general_news/elmi_neshir.pdf
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR