Həmkarlar təşkilatına ildə 500-dən artıq ərizə və şikayət daxil olur

Həmkarlar təşkilatına ildə 500-dən artıq ərizə və şikayət daxil olur
# 09 iyun 2010 10:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ildə 500-dən artıq ərizə və şikayət daxil olur. APA-nın məlumatına görə, bunu jurnalistlərə Konfederasiyanın sədri Səttar Mehbalıyev deyib: “Şikayətlər sosial problemlər, işdən çıxarılma, müəllimlərə az saat verilməsi və yaxud əmək haqqını azlığı ilə bağlı olur”, deyən Konfederasiya sədri bildirib ki, edilən şikayətlərin 90 faizi öz həllini tapır.

S. Mehbalıyev xatırladıb ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən heç bir idarə, müəssisə rəhbəri həmkarlar təşkilatının üzvünü təşkilatın razılığı olmadan işdən çıxara bilməz.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR