Gələn ildən orta məktəb şagirdləri yeni “İnformatika” dərsliyindən istifadə edəcəklər

Gələn ildən orta məktəb şagirdləri yeni “İnformatika” dərsliyindən istifadə edəcəklər
# 09 iyun 2010 12:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Təhsil Nazirliyi yeni tədris ilində orta məktəblərin 11-ci sinif şagirdləri üçün yeni “İnformatika” dərsliyi istifadəyə verəcək. Təhsil Nazirliyinin təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov APA-ya bildirib ki, yeni dərslik əvvəlkindən tamam fərqlənir. Əvvəlki “İnformatika” dərsliyi 10-11-ci siniflər üçün nəzərdə tutulmuşdu və müasir dövrün tələblərinə cavab vermirdi.
11-ci siniflərin yeni “İnformatika” dərsliyi sentyabrdan məktəblərə veriləcək. Bununla da 1-ci sinifdən 11-ci sinfə qədər “İnformatika” dərsliyinin hazırlanmasına yekunlaşır.

İ. Sadıqov deyib ki, ilk yeni “İnformatika” dərsliyi 5-ci sinif şagirdləri üçün hazırlanıb. 2005-ci ildən başlanılan bu proses ibtidai sinif şagirdlərinə, daha sonra isə mərhələli şəkildə digər siniflərə aid olub.

Şöbə müdirinin sözlərinə görə, 3-cü siniflər üçün yeni kurrikuluma uyğun olaraq, “İnformatika” dərsliyi də yenidən hazırlanıb. Hazırda bu dərslik qiymətləndirilir. 3-cü siniflər üçün “İnformatika” dərsliyinin də sentyabrdan istifadəyə veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR