Yağıntılar Azərbaycanın bəzi çaylarında sululuğu artırıb

Yağıntılar Azərbaycanın bəzi çaylarında sululuğu artırıb
# 10 iyun 2010 12:53 (UTC +04:00)
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, Quba-Qusar bölgəsinin Qudyalçay, Qusarçay çaylarında hazırda yüksək sululuq davam etməkdədir.

Digər çaylara gəldikdə, A. Verdiyev bildirib ki, artıq Kür, Qanıx, Araz çaylarına daxil olan sularda azalma müşahidə edilir. Hazırda Kürün həm yuxarı, həm aşağı hissəsində azalma gedir. Bu gün Kürün Yevlax, Zərdab, Salyan, Bankə məntəqələrində suyun səviyyəsi 1, Şirvanda 2 sm azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR