Bu il Azərbaycanda 176 qida zəhərlənməsi baş verib

Bu il Azərbaycanda 176 qida zəhərlənməsi baş verib
# 10 iyun 2010 13:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 176 qida zəhərlənməsi qeydə alınıb. Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, bu zəhərlənmə hadisələrinin hamısı məişətdə baş verib. İstehsalat şəraitində hazırlanan konservləşdirilən məhsullardan isə indiyə qədər zəhərlənmə qeydə alınmayıb.

İ. Abdullayev bildirib ki, zəhərlənmələr daha çox evlərdə konservləşdirilən məhsullardan, küçədə satılan, hisə verilən balıq məhsullarından baş verir: “Konservləşdirilmiş məhsullarla bağlı ən böyük problem istehsal qaydalarına düzgün riayət olunmamasından irəli gəlir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR