Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 200-dən çox satış obyektinin fəaliyyətini dayandırıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 200-dən çox satış obyektinin fəaliyyətini dayandırıb
# 10 iyun 2010 14:26 (UTC +04:00)
Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib. Onun sözlərinə görə, nöqsan aşkarlanan obyektlərə qarşı inzibati tədbir həyata keçirilib. Nöqsanlar daha çox dönər satışı üzrə qeydə alınıb. Bağlanan obyektlərin 130-a yaxını dönər satışı ilə məşğul olub. Bundan əlavə, 100-dən yuxarı dönər sahibkarlarına qarşı inzibati cəza tədbirləri görülüb: “Dönər satışı üzrə builki göstəricilər ötən ildəkindən çoxdur. Bu da dönər sahəsi üzrə aparılan araşdırmaların əhatə dairəsinin genişlənməsi ilə bağlıdır. Aparılan yoxlamalar göstərir ki, temperatur rejimi gözlənilərsə, emal prosesinə nəzarət olunarsa, dönərlərdən zəhərlənmələr olmaz”.

İ. Abdullayev bildirib ki, 2006-cı ildə toyuq dönərlərinin hazırlanması qoyulan qadağa hələ də qüvvədədir. Dönər sahələrində tətbiq olunan inzibati tədbirlərin bir hissəsi özbaşına toyuq dönərləri hazırlayanların payına düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR