Azərbaycanda fəaliyyət göstərən bir sıra orta ixtisas təhsili müəssisələrinin adları dəyişdirilib

Azərbaycanda fəaliyyət göstərən bir sıra orta ixtisas təhsili müəssisələrinin adları dəyişdirilib
# 17 iyun 2010 12:50 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Qərar həmin orta ixtisas müəssisələrinin adlarının “Təhsil haqqında” qanuna uyğunlaşdırılması məqsədilə Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin təklifləri nəzərə alınmaqla qəbul olunub.

Qərara əsasən Bakı Mədəni-Maarif Texnikumu - Bakı Humanitar Kolleci, Şamaxı Mədəni-Maarif Texnikumu - Şamaxı Humanitar Kolleci, Şuşa Mədəni-Maarif Texnikumu - Şuşa Humanitar Kolleci, Gəncə Musiqi Texnikumu - Gəncə Musiqi Kolleci, Sumqayıt Musiqi Texnikumu - Sumqayıt Musiqi Kolleci, Şəki Musiqi Texnikumu - Şəki Musiqi Kolleci, Şuşa Musiqi Texnikumu - Şuşa Musiqi Kolleci, Ağdam Musiqi Texnikumu - Ağdam Musiqi Kolleci, Ağcabədi Pedaqoji Texnikumu - Ağcabədi Pedaqoji Kolleci, Astara Pedaqoji Texnikumu - Astara Pedaqoji Kolleci, Şəki Pedaqoji Texnikumu - Şəki Pedaqoji Kolleci, Bakı Məktəbəqədər Pedaqoji Texnikumu - Bakı Sosial Pedaqoji Kolleci, Bakı Sənaye Pedaqoji Texnikumu - Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu - Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci, Bakı Yeyinti Sənaye Texnikumu - Bakı Qida Sənayesi Kolleci, 1 nömrəli Bakı Tibb Məktəbi - 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Məktəbi - 2 nömrəli Bakı Baza Tibb Kolleci, Ə.Əliyev adına Sumqayıt Tibb Məktəbi - Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci, Gəncə Tibb Məktəbi - Gəncə Tibb Kolleci, Mingəçevir Tibb Məktəbi - Mingəçevir Tibb Kolleci, Naxçıvan Tibb Məktəbi - Naxçıvan Tibb Kolleci, Lənkəran Tibb Məktəbi - Lənkəran Tibb Kolleci və Şəki Tibb Məktəbi - Şəki Tibb Kolleci, Bakı Yanğın Texniki Məktəbi - Yanğın Texniki Kolleci adlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR