Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 18 sm artıb

Kürün Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 18 sm artıb
# 18 iyun 2010 12:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür, Araz və Qanıx çaylarında səviyyənin fərqi və su sərfi haqqında mövcud vəziyyətlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kürün Qıraqkəsəmən məntəqəsində səviyyə 18 sm artaraq 358 sm, su sərfi saniyədə 495 kub metr təşkil edir. Yevlax məntəqəsində səviyyə 31 sm azalaraq 350 sm, su sərfi 600, Zərdab məntəqəsində səviyyə 7 sm azalaraq 748 sm, su sərfi 854, Surra məntəqəsində səviyyə 4 sm azalaraq 840 sm, su sərfi 1283 olub. Şirvan məntəqəsində səviyyə 6 sm azalaraq 760 sm təşkil edib. Kür çayının Salyan məntəqəsində səviyyə 3 sm azalaraq 749 sm, su sərfi 1242 kub metr olub. Bankə məntəqəsində səviyyə 435 sm təşkil edib. Burada suyun səviyyəsi 3 sm azalıb.
Araz çayının Novruzlu məntəqəsində də səviyyə 5 sm azalaraq 588 sm, su sərfi 471 kub metr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə səviyyə 3 sm artaraq 646 sm, su sərfi 108 kub metr təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR