Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu iyulun 8-də başlayacaq

Azərbaycanda 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu iyulun 8-də başlayacaq
# 25 iyun 2010 08:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İyunun 29-da 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə qəbul qaydaları “Abituriyent” jurnalında dərc ediləcək. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sənəd qəbulu iyulun 8-dən avqustun 10-dək aparılacaq.

TQDK sədri bildirib ki, qəbul planı artıq Nazirlər Kabineti tərəfindən onlara təqdim edilib. Abituriyentlərin sənəd qəbulu İnternetlə aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR