Azərbaycan Dillər Universitetində İndoneziya Mərkəzi açılıb - FOTO

Azərbaycan Dillər Universitetində İndoneziya Mərkəzi açılıb - <font color=red>FOTO</font>
# 29 iyun 2010 13:20 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) İndoneziya Mərkəzinin açılış mərasimi keçirilib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İndoneziyanın İranda və Azərbaycanda akkreditasiya olunmuş səfiri İvan H. S. Viranata Atmadyanın da iştirak etdiyi açılış mərasimində açılış rəmzi olan qırmızı lent kəsildikdən sonra universitet tələbələrinin ifasında İndoneziyanın və Azərbaycanın dövlət himnləri oxunub.

ADU-nun rektoru Səməd Seyidov bu gün dünyanın ən böyük dövlətlərindən birinin mərkəzinin ADU-da açılmasından məmnunluğunu dilə gətirib. Rektor dünyanın ən tez inkişaf edən dövlətlərindən olan İndoneziyanın məhz bu mərkəz vasitəsilə Azərbaycana daha da yaxınlaşacağına əminliyini söyləyib: “Əmin olmaq istəyirəm ki, Azərbaycanda İndoneziya Mərkəzinin açılması iki ölkənin hökuməti və xalqı arasında siyasi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək”. O, azərbaycanlı tələbələrin İndoneziya dilində danışmasını da müsbət hal kimi xarakterizə edib.

Səfir İvan H. S. Viranata Atmadyan sevinc içərisində olduğunu qeyd edib. İndoneziyanı sevən dostlar arasında olduğunu bildirən səfir ADU-da İndoneziya Mərkəzinin açılmasından fəxr etdiyini deyib. Dili və mədəniyyəti insanlar arasında gözəl vasitə adlandıran səfir dil və mədəniyyət vasitəsilə xalqları yaxından tanımağın mümkünlüyünü bildirib və bu mərkəzin də məhz həmin amala xidmət edəcəyini deyib. Səfir İndoneziya Mərkəzinin açılmasında böyük xidmətləri olan ADU-nun professoru Həbib Zərbəliyevə təşəkkürünü bildirib və onun fəaliyyətinin hər bir tələbəyə örnək olduğunu vurğulayıb.

Çıxışından sonra səfir İndoneziya prezidentinin 2009-cu il 15 avqust tarixli sərəncamı ilə təltif etdiyi "Xidmətlərinə görə I dərəcəli Şərəf ordeni"ni Həbib Zərbəliyevə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR