Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının akademiki seçilib

Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının akademiki seçilib
# 04 avqust 2010 14:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan dövlət mükafatı laureatı, SSRİ-nin əməkdar neftçisi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü - akademik seçilib. Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən məlumata görə, X. Yusifzadə Xəzər neftinin tədqiqatçısıdır.

Onun məhsuldar fəaliyyəti dövründə Xəzərdə 20 neft və qaz yatağı kəşf edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR