Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubada və Lerikdə baş verən yanğınlarla bağlı məlumat açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubada və Lerikdə baş verən yanğınlarla bağlı məlumat açıqlayıb
# 04 avqust 2010 15:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Qubada və Lerikdə baş verən yanğınlarla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, avqustun 3-də Quba rayonunun Talabıqışlaq bələdiyyəsinin Küçeyi kəndi ərazisində baş verən yanğın torpaq mülkiyyətçilərinə məxsus taxılı biçilmiş kövşənlik və bələdiyyə fonduna aid 25 hektar quru ot və kol-kos sahələrini əhatə edib.
Yanğın ETSN-in yerli qurumlarının, Quba və Şabran rayonlarının dövlət yanğından mühafizə dəstələrinin, habelə yerli əhalinin səyləri nəticəsində söndürülüb və onun yaxınlıqda olan meşəyə keçməsinin qarşısı tam alınıb.
Məlumatda qeyd edilir ki, avqustun 3-də Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində naməlum səbəbdən baş verən yanğın 0,9 hektar ərazini əhatə edib. Yanğın söndürülüb və meşə fonduna ziyan dəyməyib.
ETSN bəzi KİV-də Quba rayonu ərazisində 30 hektar meşə fondunun yanğına məruz qalması barədə yayılan məlumatları təkzib edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR