Elmira Süleymanova beynəlxalq regional konfransa dəvət olunub

Elmira Süleymanova beynəlxalq regional konfransa dəvət olunub
# 11 avqust 2010 14:08 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Ombudsman Elmira Süleymanova Filippinin paytaxtı Manilada keçiriləcək beynəlxalq regional konfransa dəvət olunub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 24-25-də Manilada Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) və Filippin ombudsmanının təşkilatçılığı, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə assosiasiyaya üzv təsisatların fəaliyyətinin gücləndirilməsinə yönələn Regional Texniki Yardım (RETA) layihəsi çərçivəsində beynəlxalq regional konfrans keçiriləcək.

İştirakçılar ombudsman təsisatlarının müstəqillik, hesabatlılıq, səlahiyyətlilik və effektivlik kimi müsbət təcrübə prinsiplərini müzakirə edəcək, Malayziya konfransında bu prinsiplər üzrə hazırlanmış təklifləri qəbul edəcəklər. E. Süleymanovanın Azərbaycan ombudsman institutunun fəaliyyəti və təcrübəsi mövzusunda çıxışı nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR