Tiflisdə “Azərbaycanca-gürcücə lüğət” kitabı təkrar nəşr edilib - FOTO

Tiflisdə “Azərbaycanca-gürcücə lüğət” kitabı təkrar nəşr edilib - <font color=red>FOTO</font>
# 12 avqust 2010 12:50 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisin “İntellekt” nəşriyyatı tərəfindən əslən Borçalıdan olan alim, filologiya elmləri doktoru, professor Valeh Hacıyevin xatirəsinə həsr edilən, onun və jurnalist Nəsib Nəsibovun tərtib etdikləri “Azərbaycanca-gürcücə lüğət” kitabı yenidən çapdan çıxıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni çapdan çıxan lüğət 8 min sözdən ibarətdir. Kitab ilk növbədə Azərbaycan dilini öyrənmək istəyən gürcü şagird və tələbələr üçün nəzərdə tutulub. Lüğət kitabı türkoloqlara, inzibati orqan işçilərinə, diplomatlara və iş adamlarına yardımçı olacağı bildirilib. Lüğətdən eyni zamanda hər iki dili öyrənmək istəyən geniş oxucu kütləsi də faydalana bilər.
“Azərbaycanca-gürcücə lüğət” kitabı 2 min tirajla çapdan çıxıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR