Azərbaycanda 295 min nəfər sosial müavinət alıb

Azərbaycanda 295 min nəfər sosial müavinət alıb
# 17 avqust 2010 10:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayının 1-i vəziyyətinə Azərbaycan üzrə 294,7 min nəfər sosial müavinətlər alıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yaşa görə müavinət alanların sayı 17,7 min nəfər, əlilliyə görə - 93,4 min nəfər, ailə başçısının itirilməsinə görə - 34,3 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 58,1 min nəfər təşkil edib. Əmək pensiyasını almaq hüququ olmayan 56,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 489 nəfər zərərcəkənlərə, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 902 nəfər qəyyumlarına, eləcə də 11,1 min ailəyə 22,5 min uşaq üçün müavinət verilib. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb.

Bundan əlavə, 51,1 min nəfərə, o cümlədən 45 min uşağın doğulmasına görə, 4,6 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, penitensiar xidmətdən azad olan 592 nəfərə və həyatını itirmiş 970 nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.

Azərbaycan Respublikası qarşısında göstərdiyi xüsusi xidmətlərə görə 33,5 min nəfər təqaüd alıb. Ölkədə 133 min ailənin 603,3 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb, yardımın 1 nəfərə düşən orta aylıq məbləği 24,90 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR