Bakının susuz qalmış ərazilərinə su verilməsinə başlanıb

Bakının susuz qalmış ərazilərinə su verilməsinə başlanıb
# 18 avqust 2010 10:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ceyranbatan-Bakı magistral su xəttində baş vermiş qəza nəticəsində Bakının bir neçə gün susuz qalmış ərazilərinin su ilə təchizatı bərpa edilir. Bu barədə APA-ya məlumat verən “Azərsu” Səhmdar Cəmiyyətinin Dispetçer, Rabitə, Tələbatçılarla Əlaqə İdarəsinin mühəndisi Elçin Vəliyev bildirib ki, artıq dünən axşamdan Bakının Nərimanov rayonunun susuz qalmış ərazilərinin hamısı, Nizami rayonunun susuz qalmış ərazilərinin 70 faizi, Xətai rayonunun isə bəzi ərazilərinə suyun verilişi bərpa edilib. Yasamal rayonunun susuz ərazilərində su verilişində yaranmış problem bu gün səhər saatlarından aradan qaldırılmağa başlanıb. Bakının su təchizatı dayandırılmış qalan ərazilərinə suyun verilişi bu günün sonunadək bərpa ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR