Bakıda gün vuranların sayı 154 nəfərə çatıb

Bakıda gün vuranların sayı 154 nəfərə çatıb
# 19 avqust 2010 07:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Yay mövsümü başlayandan indiyə kimi Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibb Yardım Stansiyasına günvurma diaqnozu ilə 154 nəfər müraciət edib. Stansiyanın baş həkiminin müavini Rauf Nağıyev APA-ya bildirib ki, gün vuranlardan 46-sı xəstəxanalara yerləşdirilib. Günvurma ilə bağlı ölüm halı baş verməyib.
Yay mövsümü ərzində 24 nəfər ilan vurması diaqnozu ilə xəstəxanaya gətirilib. Çimərlik mövsümü başlayandan isə 55 nəfər suda boğulub. Onlardan 27-si dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR