Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Göyçay çayından İsmayıllı rayonunun 7 kəndinə su xəttinin çəkilməsi ilə bağlı layihə təqdim edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Göyçay çayından İsmayıllı rayonunun 7 kəndinə su xəttinin çəkilməsi ilə bağlı layihə təqdim edilib
# 19 avqust 2010 11:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. İsmayıllı Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə İsmayıllı rayonunun 7 kəndində - İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan və Bəngdə su təchizatının yaxşılaşdırılması məqsədilə layihəyə baxılması üçün müraciət edib. Nazirlikdən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə adıçəkilən 7 kənddə su təchizatının yaxşılaşdırılması üçün 3,5 milyon manat vəsait ayrılıb. İsmayıllı Rayon İcra Hakimiyyətindən daxil olan məktubda bu vəsait hesabına Göyçay çayından İsmayıllı rayonunun adıçəkilən kəndlərinə qədər 35 kilometr uzunluğunda su xəttinin çəkilməsinin nəzərdə tutulduğu göstərilir. Su xəttinin yerüstü çəkilməsi və bir hissəsinin qismən Meşə Fondu torpaqlarından keçməsi nəzərdə tutulur. Qeyd edək ki, 2008-ci ildə Göyçay rayonunun 6 kəndində su təchizatı vəziyyətinin yaxşılaşdırılması üçün 3,5 milyon manat vəsait ayrılıb.
Bu ilk dəfədir ki, Azərbaycanda su təchizatı və çirkab suların təmizlənməsi layihələri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinə təqdim olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR