Texnikuma sənəd verən abituriyentlər sabahdan “İmtahana buraxılış vərəqəsi”ni almalıdırlar

Texnikuma sənəd verən abituriyentlər sabahdan “İmtahana buraxılış vərəqəsi”ni almalıdırlar
# 24 avqust 2010 08:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. 2010-2011-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 29-da keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün abituriyentlər avqustun 25-dən etibarən elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasından “İmtahana buraxılış vərəqəsi”ni və “Abituriyentin vəsiqəsi”ni əldə etməlidirlər. Abituriyentlər imtahana bu sənədlərə yanaşı, şəxsiyyəti təsdiq edən sənədin əslini də gətirməlidirlər. Bu sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına köməkçi vasitənin gətirilməsi də qəti qadağandır. Buraxılış rejimində üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR