Millət vəkili Qənirə Paşayeva ali məktəblərə qəbul imtahanlarında 300-400 bal toplayan tovuzlu gənclərlə görüş keçirib

Millət vəkili Qənirə Paşayeva ali məktəblərə qəbul imtahanlarında 300-400 bal toplayan tovuzlu gənclərlə görüş keçirib
# 24 avqust 2010 15:27 (UTC +04:00)
Bakı-APA. Millət vəkili Qənirə Paşayeva ali məktəblərə qəbul imtahanlarında 300-400 bal toplayan tovuzlu gənclərlə görüş keçirib. APA-nın xəbərinə görə, görüşdə 150-dən artıq gənc iştirak edib. Millət vəkili tovuzlu gəncləri təbrik edərək, onlara qiymətli hədiyyələr təqdim edib: “Bu gün dövlətimizin bütün sahələrdə yüksək səviyyəli kadrlara böyük ehtiyacı var və ona görə siz bütün imkanlarınızı səfərbər edərək ancaq gücünüzü yüksək səviyyəli təhsil almağa yönəltməlisiniz. Prezident İlham Əliyevin sərəncamı ilə 2007-2015-ci illər azərbaycanlı gənclərin xaricdə təhsilinə dövlət dəstəyi proqramı çərçivəsində gənclərin xaricdə təhsilinə geniş şərait yaradılmışdır. Siz də bu imkanlardan yararlana bilərsiniz. Tovuz rayonunun hər bir kənd orta məktəbində Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlıqlarını əks etdirən lövhə və stendlərin paylandığını vurğulayan millət vəkili deyib ki, gənclər bu cür qəhrəmanlardan örnək götürməlidirlər”.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Xatırladaq ki, millət vəkili avqust ayının əvvəlində 400-dən yuxarı bal toplayan 151 nəfər, ali hərbi məktəblərə qəbul olunmuş 29 nəfər, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunan 31 nəfər tələbə gənclə görüşərək, onları təbrik edib, hədiyyələr verib. Onların 14 nəfəri 600 baldan yuxarı nəticə göstərən gənclərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR