Şəkidə qəbul imtahanlarında 500-700 bal toplayıb müxtəlif ali məktəblərə daxil olan gənclərlə görüş keçirilib

Şəkidə qəbul imtahanlarında 500-700 bal toplayıb müxtəlif ali məktəblərə daxil olan gənclərlə görüş keçirilib
# 25 avqust 2010 08:06 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Şəkidə rayonunda 517 nəfər məzun tələbə adı qazanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər(rayon) İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, Şəki Şəhər İcra Hakimiyyətində builki qəbul imtahanlarında 500-700 bal toplayıb respublikanın müxtəlif ali məktəblərinə daxil olmuş gənclərlə görüş keçirilib. Tədbirdə Şəki İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı, müvafiq təşkilat nümayəndələri, yüksək bal toplayıb ali məktəbə girərək tələbə adı qazanan məzunlar və onların valideynləri iştirak edib. Tədbirdə çıxış edən Şəki Təhsil Şöbəsi müdirinin əvəzi Bəhyəddin Qüvvətov bildirib ki, bu il Şəkidə ümumtəhsil məktəblərini 1656 məzun bitirib. Məzunlardan 1165 nəfəri respublikanın müxtəlif ali məktəblərinə daxil olmaq üçün sənəd verib, bunlardan 517 nəfəri isə tələbə adı qazanıb. Qəbul imtahanlarında məzunlardan 90 nəfər 500-dən 600 baladək, 29 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. Həmçinin Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin məzunu Günel Abdullayevanın 700 bal topladığı da qeyd edilib.
Tədbirdə çıxış edən Şəki İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı yüksək bal toplayaraq müxtəlif ali məktəblərinə daxil olan tələbələri təbrik edib.
Görüşün sonunda qəbul imtahanlarında yüksək nəticə göstərib məzunlara şəhər İcra Hakimiyyəti adından qiymətli hədiyyələri təqdim olunub, 700 bal toplayan Günel Abdullayevaya isə kompüter hədiyyə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR