Azərbaycanın FHN Pakistana humanitar yardım göndərib

Azərbaycanın FHN Pakistana humanitar yardım göndərib
# 28 avqust 2010 22:00 (UTC +04:00)
APA-nın məlumatına görə, humanitar yardımlar yüklənmiş İl-76 təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanından Pakistana yola salınıb.

FHN-in Maddi-Texniki Təchizat İdarəsinin rəisi Raqif Muradov jurnalistlərə açıqlamasında bildirib ki, prezident İlham Əliyevin tapşırığına əsasən FHN tərəfindən Pakistana ümumi dəyəri 221 min manat təşkil edən 43 ton yardım yola salınıb: «Yardım əsasən qida məhsulları, dərman, yataq ləvazimatları, işıqlandırma üçün generatorlar, açılıb-yığılan çarpayılardan ibarətdir».

FHN-in göndərdiyi yardıma ümumilikdə bu məhsullar daxildir: 3 min ədəd adyal, 10 ədəd elektrik generatoru, 500 ədəd rezin uzunboğaz çəkmə, 5 ton un, 3 ton şəkər tozu, 500 kq makaron, 5 ton düyü, 10 ton içməli su, 500 kq bitki yağı və 21 min manatlıq dərman peraparatı.

R.Muradov qeyd edib ki, vəziyyət belə davam edərsə, Azərbaycan hökuməti Pakistana yenə kömək göstərəcək. Pakistan tərəfdən bu ölkəyə xilasedicilərin köməyə göndərilməsi ilə bağlı müraciət olunmadığını deyən nazirlik rəsmisinin sözlərinə görə, belə bir istək olarsa, FHN xilasedicilərini də yardıma göndərə bilər.

Qeyd edək ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyinin humanitar yüklərdən ibarət təyyarəsi Pakistana yola salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR