Göyçay və Mingəçevirdə qəbul imtahanları keçirilib

Göyçay və Mingəçevirdə qəbul imtahanları keçirilib
# 30 avqust 2010 06:20 (UTC +04:00)
Göyçay-Mingəçevir. Şahnəzər Bəşirov - APA Avqustun 29-da Göyçay və Mingəçevir şəhərlərində 2010-2011-cu tədris ili üçün 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanları keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə Göyçay şəhər 1, 6 və 7 saylı orta məktəblərdə keзirilən imtahanlarda Ucar, Ağsu, Kürdəmir, Göyçay, Zərdab və Ağdaş rayonlarından 1700 abituriyent, Mingəçevir şəhər 4, 8 və 11 saylı orta məktəblərdə keзirilən imtahanlarda isə Yevlax, Goranboy, Mingəçevir, Bərdə, Tərtər, Ağdam və Ağcabədidən 1368 abituriyent iştirak edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keзirilən imtahanda abituriyentlərə ana dili, riyaziyyat və Azərbaycan tarixi fənlərinin hər birindən 15 sual olmaqla, ümumilikdə 45 sual təqdim olunub və cavablandırma üçün 1 saat 30 dəqiqə vaxt verilib. İmtahan zamanı heç bir xoşagəlməz hal qeydə alınmayıb.

TQDK texnikum və kolleclərə keзirilən qəbul imtahanlarının cavablarını sentyabrın 5-dək elan edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR