On bir illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb

On bir illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb
# 30 avqust 2010 14:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-2011-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat müddətinin uzadılması barədə qərar qəbul edib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar sentyabrın 2-si saat 18:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat müddəti sabah yekunlaşmalı idi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR