Azərbaycan Milli Elmlər Akademiyası TERENA Baş Assambleyasının tam hüquqlu üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyası TERENA Baş Assambleyasının tam hüquqlu üzvü seçilib
# 31 avqust 2010 08:50 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) TERENA (Trans-European Research and Education Networking Accociation - Trans Avropa Araşdırma və Təhsil Şəbəkə Assosiasiyası) Baş Assambleyasının Vilnüs şəhərində (Litva) bu yaxınlarda keçirilən illik iclasında həmin qurumun tam hüquqlu üzvü seçilib. Akademiyadan APA-ya verilən məlumata görə, TERENA Avropa ölkələrinin akademik araşdırma mərkəzləri və universitetlərinin şəbəkələrini əhatə etməklə, elm və təhsilin maraqlarına cavab verən yüksək keyfiyyətli beynəlxalq informasiya-telekommunikasiya infrastrukturunu yaratmağa xidmət edən transmilli qurumdur. Bu mərkəz həm də milli elektron elm və təhsil mühitləri əsasında vahid, qlobal fəzanın formalaşmasına yardım edir. TERENA Baş Assambleyasında AMEA-nı İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev təmsil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR