Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yeyinti məhsulları sahəsi üzrə 65 obyektin fəaliyyətini dayandırıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yeyinti məhsulları sahəsi üzrə 65 obyektin fəaliyyətini dayandırıb
# 31 avqust 2010 09:15 (UTC +04:00)
Mərkəzdən APA-ya verilən məlumata görə, iyulda 65 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 70 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1013, mikrobioloji göstəricilərinə görə 741, toksikoloji göstəricilərinə görə 246, radioloji göstəricilərinə görə 40 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 5-də orqanoleptik və fiziki-kimyəvi, 22-də mikrobioloji, 5-də toksikoloji göstəricilərinə görə normativlərdən kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 4065 yaxma nümunəsi, 70 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 76-da mikrobioloji çirklənmə aşkarlanıb.

İyul ayı ərzində əhali arasında 110 qida zəhərlənməsi hadisəsi baş verib, 119 nəfər zərərçəkən olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR