Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilir

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və müsahibə elan edilir
# 31 avqust 2010 12:52 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 1 sentyabr tarixindən 11 dövlət orqanında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 67 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və müsahibə elan edir. Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 65-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə yerli məhkəmə orqanlarının aparatlarında olan vakant dövlət qulluğu vəzifələrindən 32-si müsabiqəyə, 35-i isə müsahibəyə çıxarılır.
Müsabiqəyə çıxarılan vakant vəzifələrdən 22-si inzibati vəzifələrin altıncı təsnifatına, 9-u inzibati vəzifələrin yeddinci təsnifatına, 1-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

Müsahibəyə çıxarılan vakant vəzifələrdən 25-i inzibati vəzifələrin altıncı təsnifatına, 1-i inzibati vəzifələrin yeddinci təsnifatına, 4-ü inzibati vəzifələrin səkkizinci təsnifatına, 5-i isə inzibati vəzifələrin doqquzuncu təsnifatına aiddir.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları öz sənədlərini 30 gün, müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə 20 gün müddətində Komissiyaya şəxsən və ya poçtla təqdim etməlidirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR