Ombudsman Elmira Süleymanova Qarabağ bölgəsində olub-FOTO

Ombudsman Elmira Süleymanova Qarabağ bölgəsində olub-FOTO
# 31 avqust 2010 17:37 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Azərbaycan Respublikasının İnsan Haqları Üzrə Müvəkkili Elmira Süleymanova ölkənin bir neçə rayonunda səfərdə olub. Bərdə və Tərtər rayonlarında olan Ombudsman daha sonra Ağdam sakinləri ilə görüşüb. Nitqinə, torpaqlarımız uğrunda həlak olan soydaşlarımızın xatirəsini yad etmək çağırışı ilə başlayan Elmira Süleymanova bildirib ki, bu günədək respublikanın 38 rayonuna səfər edib, regionların iqtisadi inkişafı dövlət proqramı çərçivəsində görülən işlər və insan hüquqlarının vəziyyəti ilə tanış olub. Ombudsmanın sözlərinə görə, hər il ölkənin bütün regionlarında əhalinin yaşam tərzi daha da yüksəlir: «Vaxtilə bizə daxil olan şikayətlərin əksəriyyəti daha çox sosial problemlərlə bağlı idi. İndi bu səpkidə vətəndaşlardan bir dənə də olsa müraciət daxil olmur. Amma başqa bir problem özünü qabarıq büruzə verir. Azərbaycanda ailələrin dağılması, aliment məsələləri və bu problemlə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar şikayətlər artır. İndi aliment problemləri minlərin, on minlərin problemi deyil.»
Dağlıq Qarabağ Münaqişəsinin fəsadları nəticəsində Azərbaycanda insan hüquqlarının pozulmasına toxunan Elmira Süleymanova deyib ki, dünyanın siyasi elitası bu münaqişənin həll yolunun tapılmamağından bezib: «Dünya anlayır ki, gec-tez bu müharibə ədalətlə başa çatmalıdır. Artıq hamı dərk etmək məcburiyyətində qalıb ki, Azərbaycan öz ərazi bütövlüyünü necə olursa olsun təmin edəcək.
Görüşdəki idarə-müəssisə rəhbərlərinə müraciət edən Elmira Süleymanova onlardan xahiş edib ki, öz kollektivlərində hüquqi maarifləndirmə işində yaxından iştirak etsinlər. Yalnız bu yolla dövlət tərəfindən qəbul olunmuş insan haqlarına dair sənədlərin tətbiqini yüksək səviyyədə həyata keçirək olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR