Azərbaycanda 371 013 nəfər ahıl var

Azərbaycanda 371 013 nəfər ahıl var
# 01 oktyabr 2010 09:16 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycanda əmək pensiyaçılarının 371 013 nəfəri ahıl vətəndaşlardır.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, ahılların 149 035 nəfəri kişi, 221 978 nəfəri qadındır.

Hazırda ahıl pensiyaçıların 284 533 nəfəri 70-80, 77 079 nəfəri 80-90 yaş arası, 9401 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.

Qeyd edək ki, bu gün Beynəlxalq Ahıllar günüdür. BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib. Həmin qətnaməyə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Ahılların sosial müdafiəsi məqsədilə 2001-ci ildə “Ahıllara sosial xidmət haqqında” qanun imzalanıb. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan vətəndaşları, habelə Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR