ARDNŞ-in təşkilatlarında qanvermə aksiyaları növbəti ilin yanvarın 8-dək davam edəcək
02 oktyabr 2010 09:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) «Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı» Dövlət Proqramının icrası ilə bağlı Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə birgə hazırlanmış qrafikə əsasən keçirilən qanvermə aksiyası 2011-сi ilin yanvar ayının 8-dək davam edəcək. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, qanvermə kampaniyasında şirkətin 23 struktur bölməsində çalışan 80 min nəfərə yaxın əməkdaşın könüllü iştirakı nəzərdə tutulub. «Azneft» İstehsalat Birliyindən başlanan aksiyada birliyin idarə və müəssisələrində çalışan 1300-dən çox əməkdaş qan verib. Təkcə «Neft daşları» NQÇİ-də 3 gündən artıq davam edən kampaniyada 450 nəfərə yaxın dəniz neftçisi könüllü olaraq iştirak edib. Həmçinin ARDNŞ-ın baş ofisinin və şirkətin Sərmayələr İdarəsinin 60 nəfər əməkdaşı bu kampaniyaya ya qoşulub. Talassemiya və hemofiliyalı xəstələrə yardım məqsədi ilə vitse-prezidentlər, idarə rəhbərləri, mütəxəssislər və texniki işçilər qan veriblər. Qrafikə uyğun olaraq, ilin sonuna qədər ARDNŞ-ın digər struktur bölmələrinə daxil olan bütün idarə və müəssisələrin bu aksiyada iştirak edəcəyi planlaşdırılıb.
Qeyd edək ki, 2009-cu ildə bu əməkdaşlıq çərçivəsində 3 000 nəfərdən artıq neftçi qanvermə aksiyalarında iştirak edib. Bu il isə aksiyaya sentyabrın 6-dan start verib.
Qeyd edək ki, 2009-cu ildə bu əməkdaşlıq çərçivəsində 3 000 nəfərdən artıq neftçi qanvermə aksiyalarında iştirak edib. Bu il isə aksiyaya sentyabrın 6-dan start verib.
Sosial
Allahşükür Paşazadə Moskvada Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib
21:07
19 sentyabr 2024
Göygöldə özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub
17:33
19 sentyabr 2024
Ötən il ilk dəfə əlilliyi müəyyən edilmiş şəxslərin 10 faizdən çoxu gənclər olub
17:32
19 sentyabr 2024
İlk dəfə nikaha daxil olan kişi və qadınların orta yaşı açıqlanıb
16:53
19 sentyabr 2024