Təhsil Nazirliyinin “Qaynar xətt”inə daxil olan müraciətlərin çoxu 2 özəl ali məktəblə bağlı olub

Təhsil Nazirliyinin “Qaynar xətt”inə daxil olan müraciətlərin çoxu 2 özəl ali məktəblə bağlı olub
# 07 oktyabr 2010 12:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə bu ilin sentyabrında 2083 müraciət daxil olub. Nazirlikdən APA-ya verilən məlumata görə, müraciətlərdən 1887-si telefonla, 196-sı isə elektron poçt vasitəsilə qəbul edilib.

Müraciətlər əsasən yeni dərs ilinin başlanması ilə əlaqədar sorğu xarakterlidir. Yeni dərs ili ərəfəsində Moskva Dövlət Açıq Universitetinin Bakı filialının ləğvi və Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin köçürülməsi ilə əlaqədar 600-dən artıq müraciət qəbul olunub. Digər sorğularda isə gənc müəllimlərin təyinatla işə qəbulu, beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, dövlət proqramı üzrə xaricdə təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi qaydaları ilə bağlı məsələlərə toxunulub.

Daxil olan müraciətlərin hamısı araşdırılıb və cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR