Dünyanın 22 ölkəsi uzunmüddətli ərzaq böhranı yaşayır

Dünyanın 22 ölkəsi uzunmüddətli ərzaq böhranı yaşayır
# 07 oktyabr 2010 12:42 (UTC +04:00)
Bakı - APA-Economics. Hazırda dünyanın 22 ölkəsi təbii fəlakətlər, münaqişələr və hakimiyyətin zəifliyi səbəbindən uzunmüddətli ərzaq böhranı içindədir.

APA-Economics”in xəbərinə görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Ümumdünya Ərzaq Proqramının (WFP) hesabatında bildirilir.

Hesabatda bildirilir ki, 22 ölkədə 166 mln. nəfər əhali yaşayır. Bu isə dünyada aclıq çəkən insanların 20%-i deməkdir. Onlar zəruri miqdarda faydalı qida qəbul edə bilmirlər.

Son hesabatda adı çəkilən ölkələr bunlardır: Əfqanıstan, Anqola, Burundi, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Kot d’Ivuar, Şimali Koreya, Konqo Demokratic Respublikası,
Eritreya, Efiopiya, Qvineya, Haiti, İraq, Keniya, Liberiya, Syerra Leone, Somali, Sudan, Tacikistan, Uqanda, Zimbabve.

Qeyd edək ki, FAO və WFP uzunmüddətli ərzaq böhranı yaşayan ölkələr sırasına ardıcıl səkkiz il ərzaq böhranı haqqında məlumat verən, humanitar yardım alan və əhalisinin gəlirləri çox aşağı olan ölkələri aid edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR