Sumqayıtda Əmək Yarmarkası keçirilir

Sumqayıtda Əmək Yarmarkası keçirilir
# 08 oktyabr 2010 08:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu gün Sumqayıtda “Paraolimpiya” Kompleksində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə əmək yarmarkası keçirilir.

APA-Economics”in məlumatına görə, Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Şəfa Əliyev bildirib ki, yarmarkaya 376 müəssisə 2891 vakansiya təqdim edib. Bu vakansiyaların 246-sı qulluqçu, 1417-si xidmət, 1228-i fəhlə peşələri üzrədir.

360 minə yaxın əhalisi olan Sumqayıtın əmək ehtiyatları 221 nəfərdir. Onlardan 213 min nəfəri əmək qabiliyyətlidir. Sumqayıtda istehsal və qeyri-istehsal sahələrində 148 minə yaxın insan çalışır ki, bu da əmək qabiliyyətli əhalinin 69%-ni təşkil edir. Məşğul əhalinin 39,5 min nəfəri dövlət sektorunda, 108,1 min nəfəri isə öz sektorda həmçinin sərbəst məşğul olanlardır.

Ş.Əliyev bildirib ki, hazırda Sumqayıtda 8978 nəfər işaxtaran kimi qeydiyyatdadır, 610 nəfər isə işsiz vətəndaş var. Hər ay mərkəzdə 280-300 nəfər işaxtaran kimi qeydiyyata düşür. Bu il ərzində Sumqayıtda 706 nəfər işlə təmin edilib, 210 nəfər peşə kurslarına cəlb olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR