“Yol polisi - sürücü münasibətlərinin tədqiqi və yol polisləri üçün insan hüquqları təliminin keçirlməsi” layihəsinin icrasına başlanıb

“Yol polisi - sürücü münasibətlərinin tədqiqi və yol polisləri üçün insan hüquqları təliminin keçirlməsi” layihəsinin icrasına başlanıb
# 08 oktyabr 2010 11:25 (UTC +04:00)
Bakı-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstəyi ilə “Yol polisi - sürücü münasibətlərinin tədqiqi və yol polisləri üçün insan hüquqları təliminin keçirlməsi” layihəsinin icrasına başlayıb. Bu barədə APA-ya komitədən məlumat verilib. Layihənin əsas məqsədi yol polisi-sürücü münasibətləri zamanı mövcud olan neqativ meyllərin səbəblərini araşdırmaq, yol polisi əməkdaşlarının vəzifələrinin icrası zamanı insan hüquq və azadlıqlarının, insan ləyaqətinin prioritet prinsip kimi nəzərə alınmasına, sürücülərlə münasibətdə yol polisi əməkdaşının davranış mədəniyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.
Artıq İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Şirvan, Gəncə şəhərlərində, Salyan, Quba və Xaçmaz rayonlarında sürücülər və polis əməkdaşları arasında sorğu keçirib. Sorğunun nəticələri təhlil olunduqdan sonra qurum Bakıda və Azərbaycanın regionlarında yol polisləri üçün insan hüquqlarına dair təlim keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR