Ötən il dünyada 5679 edam cəzası icra olunub

Ötən il dünyada 5679 edam cəzası icra olunub
# 08 oktyabr 2010 12:04 (UTC +04:00)
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bir çox ölkədə ölüm hökmünün ləğvi və məhdudlaşdırılması istiqamətində tendensiyanın artmasına baxmayaraq, dünyada edam cəzasının tətbiqinin sayı və üslubu həyəcan doğurmaqda davam edir.

139 ölkədə, yəni dünya ölkələrinin üçdə ikisində bu, qanunda və ya təcrübədə ləğv olunsa belə, yenə də ötən il ən azı 5679 edam cəzası icra olunub. Edam cəzası qüvvədə olan ölkələrdə beynəlxalq norma və standartlar sahəsində ciddi problemlər yaşanmaqdadır. Bu da edam cəzasının ləğvi təşəbbüslərinin artmasını daha da zəruriləşdirir. BMT Baş Assambleyasının bu payız keçiriləcək 65-ci sessiyasında qəbulu planlaşdırılmış Edam cəzası Qətnaməsi edam cəzasının beynəlxalq səviyyədə ləğv edilməsinə doğru beynəlxalq tendensiya istiqamətində daha böyük tərəqqinin əldə edilməsinə ümid yaradır.

Edam cəzasının ləğvi bu günədək bütün dünyada 30-dan artıq layihəni dəstləkləmiş və ləğv etmə layihələrinin əsas maliyyələşdirmə mənbəyi olan Demokratiya və İnsan Hüquqları üzrə Avropa Alətinin (EIDHR) tematik prioritetlərindən biridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR