Gürcüstan Ədliyyə Nazirliyində gürcü və azərbaycanlı tələbələr üçün treninqlər keçirilib

Gürcüstan Ədliyyə Nazirliyində gürcü və azərbaycanlı tələbələr üçün  treninqlər keçirilib
# 08 oktyabr 2010 13:25 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın Ədliyyə Nazirliyinin tədris mərkəzində Qardabani, Marneuli və Tiflisdə yaşayan, ali məktəblərdə təhsil alan fəal tələbələr üçün "Cinayət hüququnun islahatları" mövzusunda 5 günlük treninq keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, treninqlər Avropa Birliyinin "Gürcüstanda hüquqi normanın müdafiəsi" proqramı və Gürcüstandakı "QAERO" beynəlxalq Assosiyasiyasının dəstəyi ilə baş tutub. Treninqlərdə 31 gürcü və azərbaycanlı tələbə iştirak edib. Treninqin ilk günü Gürcüstan Ədliyyə Nazirliyinin Tədris mərkəzinin rəhbəri Nino Beruçaşvili 5 günlük treninq ərzində keçiriləcək mövzularla iştirakçıları tanış edib. Sonra Avropa Birliyinin həyata keçirdiyi “ Gürcüstanda hüquqi normanın müdafiəsi” layihəsinin rəhbərinin müavini Maia Çoçua, "QAERO" beynəlxalq Assosiyasiyasının icraçı direktoru Laşa Cuğeli çıxış edərək Cinayət hüququnun islahatlarının ümumi siyasəti, Cəzaların icrası və hüquqi yardım, Gürcüstan Vəkillər Assosiyasiyası, Cinayət hüququnun yeni prosesi və s. məsələlər barədə tələbələrə qısa məlumat veriblər.

Treninq-seminarlarda Gürcüstan Analitik Departamentinin sədr müavini Rusudan Mixelidze, Gürcüstan baş prokurorunun müavini David Sağvarelidze, Hüquqi yardım Departamentinin sədri İrakli Kobidze, ədliyyə nazirinin müavini Qiorqi Vaşadze, Vəkillər Asossiyasiyasının Etika Komitəsinin sədri İrakli Korcaxia, Yeni Cinayət Hüquq Kodeksinin müəlliflərindən biri Qiorqi Coxadze, Beynəlxalq Münasibətlər və Hüquqi Yardım Komitəsinin sədri Baia Pataraya və başqaları tələbələr qarşısında məruzələr oxuyublar.

Ədliyyə Nazirliyində keçirilən treninqlərdə 16 hüquqi mövzuda mühazirələr oxunub. Tələbələrdən Samirə Bayramova, Gülbən Əliyeva, Mari Somxaradze, Pərvanə Hüseynova, Elida Muxayeva, Günay Novruzova, Nino Mtvarilidze, Giorgi Mtvarilidze və başqaları mövzular ətrafında aparılan diskussiyalarda fəallıq göstəriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR