Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 11 oktyabr 2010 08:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Noyabrın 8-də Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən məlumata görə, beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Avstriya və digər ölkələrin alimləri iştirak edəcəklər. Konfransa dünyanın ayrı-ayrı ölkələrində çalışan azərbaycanlı alim və mütəxəssislər də konfransa dəvət olunacaqlar.
Üç gün davam edəcək konfransda 100-ə yaxın məruzə dinləniləcək.

.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR