“Parlament seçkiləri ərəfəsində qadınların seçici fəallığının artırılması” layihəsinin yekunlarına həsr olunan tədbir keçirilib

“Parlament seçkiləri ərəfəsində qadınların seçici fəallığının artırılması” layihəsinin yekunlarına həsr olunan tədbir keçirilib
# 12 oktyabr 2010 10:18 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün “Els” müstəqil araşdırmalar mərkəzi “Parlament seçkiləri ərəfəsində qadınların seçici fəallığının artırılması” layihəsinin yekunlarına həsr olunan tədbir keçirib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən mərkəzin direktoru İradə Yaqubova layihələrin 90 faizinin ictimai müzakirələr əsasında həyata keçirildiyini bildirib: “Layihə əsasında ABŞ-ın Seçki Qadınlar Liqasının və digər beynəlxalq təşkilatların əməkdaşları Azərbaycana səfər ediblər. Layihə əsasında biz Gəncədə və Şəmkirdə tədbirlər həyata keçirtmişik. Bu il avqustun 24-də Gəncə şəhərində bizim beynəlxalq tədbirimiz baş tutub”.

İ. Yaqubova layihə əsasında Gəncə regionunda qadınların seçkilərdə iştirakı ilə bağlı araşdırmaların aparıldığını, qadınların seçkilərdə iştirakına dair maarifləndirici materialların buraxıldığını, Gəncə şəhərində beynəlxalq konfransların və qadınlar arasında sorğuların keçirildiyini söyləyib: “Biz həmin tədbirlərdə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı xarici qonaqlara ətraflı məlumat vermişik”.

Tədbirdə çıxış edən Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Hafiz Namazov isə belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib: “Mən hesab edirəm ki, qadınlar daha çox maariflənməli və fəal olmalıdırlar ki, gender problemi də öz həllini tapsın”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR