Rektor: “Bu il Bakı İslam Universitetinə tələbə qəbulu ilə bağlı müəyyən problemlər olub”

Rektor: “Bu il Bakı İslam Universitetinə tələbə qəbulu ilə bağlı müəyyən problemlər olub”
# 12 oktyabr 2010 13:22 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Bu il Bakı İslam Universitetinə tələbə qəbulu ilə bağlı bəzi problemlər olub”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli deyib: “Bu il biz lazım olan normanı yığa bilmədik. Bu da ondan irəli gəlir ki, biz universitetə tələbə qəbulunu ilk dəfə olaraq Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin vasitəçiliyi ilə həyata keçirdik. Əvvəlki illərdə isə qəbul daxili test imtahanı əsasında həyata keçirilirdi. İlk dəfə olduğuna görə, belə problemlərin olması da normaldır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR