BMT-nin baş katibi Ümumdünya Ərzaq günü münasibətilə müraciət yayıb

BMT-nin baş katibi Ümumdünya Ərzaq günü münasibətilə müraciət yayıb
# 13 oktyabr 2010 16:11 (UTC +04:00)
BMT-nin Azərbaycandakı nümayəndəliyindən “APA-Economics”ə daxil olan “Aclığa qarşı birləşək” adlı müraciətdə bildirilir ki, bir çox insanlar üçün bu gün Ümumdünya Ərzaq günü deyil - daha bir ərzaqsız gündür: “Dünyada hələ də 925 milyon ac insan var. İnsanlar ac olanda yoxsulluğun dəhşətli zəncirlərini qıra bilmir və yoluxucu xəstəliklərə qarşı həssas olurlar. Uşaqlar ac olanda böyüyə, öyrənə və inkişaf edə bilmirlər”.

Pan Gi Mun xatırladır ki, təkcə bu il Haitidə baş verən zəlzələ, Saheldəki quraqlıq və Pakistandakı daşqınlar milyonlarla insanı həyati təhlükə törədən aclığın ağuşuna atıb: “Ərzaq və maliyyə böhranı dünyanın məhrumiyyətlərə ən çox məruz qalan təbəqəsinə mənfi təsir etməkdə davam edir. Ərzaq qiymətləri dəyişkən olaraq qalır və bu yaxınlarda son iki ilin ən yüksək həddinə çatıb”.

Müraciətinin sonunda BMT rəhbəri hamını aclığa qarşı birləşməyə, hamı üçün ərzaq və qida təhlükəsizliyini təmin etməyə çağırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR