Sumqayıtda zirzəmilərin sudan təmizlənməsi davam etdirilir

Sumqayıtda zirzəmilərin sudan təmizlənməsi davam etdirilir
# 14 oktyabr 2010 09:16 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Cari ilin sentyabr ayı ərzində Sumqayıtda Mənzil İstismar Sahələri balansında və qeyri ərazilərdə mövcud olan sulu zirzəmilərin təmizlənməsi ilə əlaqədar olaraq bir sıra işlər görülüb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən “APA-Economics”ə verilən məlumata görə, şəhər ərazisində ümumilikdə mövcud olan 650-yə qədər sulu zirzəmidə son illər ərzində cari və əsaslı təmir işləri aparılması nəticəsində hazırda 54 sulu zirzəmi qalıb. Bu zirzəmilərdən 27-sı MİS-in balansında olan yaşayış binaları, 2-si cədvəlli, 1-i koperativ bina, 3-ü yataqxana, 8-i məktəb, 12-si uşaq bağçası, 1-i isə mədəniyyət evinin daxilindədir.

Zirzəmilərdə olan qrunt suları nasoslarla mütəmadi çəkilir, xətləri yararsız vəziyyətdə olanlar yeniləri ilə əvəz edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR